“Sumqayıt” və “Qəbələ” yoxlama oyununda

Yığmaların oyunları ilə bağlı çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, Ayxan Abbasovun komandası “Qəbələ” ilə qarşılaşacaq. 

Sentyabrın 7-də “Sumqayıt arena”da matç saat 18:00-da başlayacaq. Həmin gün digər premyer liqa təmsilçilərindən “Zirə” və “Sabah” da yoxlama oyununda güclərini sınayacaqlar.

Həmin kateqoriyadan