“Sumqayıt” Xaqan Sünalla anlaşıb

“Sumqayıt” futbol akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Allsport.az saytı xəbər verir ki, bu vəzifəni Xaqan Sünal icra edəcək. Bununla bağlı sabah saat 13:00-da “Sumqayıt arena”nın mətbuat konfransı zalında təqdimat mərasimi keçiriləcək. Tədbirə KİV dəvət olunub.

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt” (Frankfurt), “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub.

39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.

Həmin kateqoriyadan