“Sumqayıt” yeni mövsümün hazırlığına başlayıb

“Sumqayıt” yeni mövsüm üçün hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda ilk məşqini keçirib.

“Kimyaçılar” yeni transferlər də daxil olmaqla, tam heyətlə hazırlaşıb. Yalnız Nicat Qurbanov və Rail Məlikov fərdi məşqlərlə kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Məhərrəm Məmmədli, Kamran Nəsirov, Turan Manafov, Tural Bayramlı, Fərid Kərimzadə və Elvin Nəsibov da əsas komandanın hazırlığına cəlb olunub.

Təxminən 2 saata yaxın davam edən məşqin ilk hissəsində fiziki hazırlıq üzrə hərəkətlər yerinə yetirilib. Sonra isə topla çalışmalara üstünlük verilib.

Qeyd edək ki, komandanın növbəti məşqi sabah saat 18:30-da start götürəcək.

Həmin kateqoriyadan