Sumqayıtda karateçilərə seminar

Azərbaycan Milli Karate Federasiyasının fəaliyyət proqramına əsasən regionlarda karatenin inkişafı üzrə texniki seminarlar davam edir. AMKF-in mətbuat xidmətindən allsport.az saytına verilən məlumata görə, son belə tədbir Sumqayıt şəhər Olimpiya İdman Mərkəzində təşkil edilib. Federasiya tərəfindən keçirilən seminarda paytaxt və müxtəlif regionlardan 150-dək uşaq, yeniyetmə və gənc idmançılar itirak edib.

Texniki seminara AMKF prezidenti 8-ci dan qara kəmər sahibi Yaşar Bəşirov, eləcə də federasiyanın kata üzrə baş məqçisi, 6-cı dan Vahid Ayvazov, AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəliyinin sədri, 5-ci dan Akif Kərimov və sədr müavini, əməkdar məqçi, 5-ci dan Rafael Məmmədov rəhbərlik edib.

Karate mütəxəssisləri perspektivli idmançılara qaydalarda dəyişikliklər barədə də məlumat veriblər. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Bir neçə gün əvvəl Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və gənclərin Avropa çempionatında bürünc medal qazanan Sumqayıt idmançısı Murad Hacızadəyə və ikinci yeri tutan Asya Məlikovaya həmçinin onların məşqçilərinə hədiyyələr təqdim olunub.

Karatenin kütləviliyinə nail olmaz, idmançılarda texniki və taktiki səviyyənin yüksəlməsi baxımından effektli olan belə seminarlar qarşıdakı aylarda respublikanın digər bölgələrində də təşkil ediləcək.

Həmin kateqoriyadan