“Sumqayıt”da növbəti güney azərbaycanlı

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə cəlb edib. 

Allsport.az saytı xəbər verir ki, sözügedən klub əslən azərbaycanlı olan iranlı futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi “Sumqayıt”da 50 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Təbrizin “Traktorsazi” komandasının yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər klubları olan “Maşınsazi” və “Göstəriş Fulad” ilə yanaşı, Əhvaz “İstiqlal”ının da şərəfini qoruyub.

Həmin kateqoriyadan