“Sumqayıt”dan növbəti ilk

Premyer liqanın 20-ci turunda “Sumqayıt” – “Kəpəz” oyununda qazanılan qələbə ev sahibi üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” Azərbaycan çempionatlarında ilk dəfə bir mövsümdə 10-cu qələbəni qazanıb.

Bununla da 2012/13-cü ildə Bernhard Raabın çalışdırdığı komandanın rekordu yenilənib (9 qələbə, 8-heç-heçə, 15 məğlubiyyət).

“Kimyagərlər” Samir Abbasovun rəhbərliyi ilə 2 dəfə bu rekordu yeniləməyə yaxın olub (2015/16: 9 qələbə, 12 heç-heçə, 15 məğlubiyyət, 2016/17: 9 qələbə, 8 heç-heçə, 11 məğlubiyyət).

Həmin kateqoriyadan