“Sumqayıt”dan yubiley qələbəsi

Topaz premyer liqasının 13-cü turu “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi ilə ilk dəfə 3 xala sevinən “kimyaçılar” 237-ci matçında 60-cı qələbəsini qazanıb.

Bu müddətdə “Sumqayıt” 63 heç-heçə edib, 114 dəfə uduzub. Qələbələrdən isə 41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

Qeyd edək ki, “kimyagərlər” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.

Həmin kateqoriyadan