“Sumqayıt”ın məşqçiləri “Altunordu”nun düşərgəsində

“Sumqayıt” futbol akademiyasının məşqçi heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. Allsport.az saytı xəbər verir ki, onlar “Altunordu” klubunda təcrübə keçəcək.

Elə dünəndən iş başında olan qonaqlar İzmir klubunun təlim-məşq bazası ilə tanış olub, akademiyanın iş sistemi və hazırlıq planları ilə maraqlanıblar.

Bu məsələdə bizimkilərə “Altunordu” futbol akademiyasının direktoru Sərdar Savaş yardımçı olub.

Həmin kateqoriyadan