“Sumqayıt”ın tarixində ilk

“Sumqayıt” tarixində ilk dəfə “Simurq”a qalib gəlib. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 15-ci turunun 2:1 hesabı ilə nəticələnən oyununadək 11 dəfə qarşılaşan rəqiblərin görüşlərində sumqayıtlılar cəmi 1 xal qazanmışdı. 1 heç-heçə edib, 10 dəfə uduzan komanda 12-ci cəhddə sindromu qırıb.

Aqil Məmmədovun komandası həm də mövsümdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Son 8 oyunda qələbə qazana bilməyən “Sumqayıt” 5-ci turun “Bakı” ilə səfər oyunundan sonra 2 heç-heçə edib, 6 məğlubiyyət almışdı. Sentyabrın 14-dəki qələbədən sonra növbəti uğuru 84 gün gözləməli olub.

Meydan sahiblərinə qələbə qazandıran qol yubiley xarakteri daşıyıb. Məhəmməd Qurbanov komandasının ev oyunlarında 50-ci qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 57-ci qarşılaşmada qeydə alınıb.

Həmin kateqoriyadan