“Sumqayıt”ın yeni məşqçisi Moskva SSKA-sında çalışıb

Yeni mövsümündə “Sumqayıt”ın əsas komandasına rəhbərlik edəcək Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində “Neftçi”nin əvəzedici komandası, 2008-2011 U-15 və U-17 millilərdə, 2009-2011 “Rəvan”, 2012-2015 “Simurq”, 2016-2018-ci illər ərzində isə Moskva SSKA-sının futbol akademiyasında çalışıb.

Həmin kateqoriyadan