“Kimyaçılar”la görüşə hazırlıq

“Neftçi” ölkə çempionatının 20-ci turunda “Sumqayıt”la oyunun hazırlığına start verib. Allsport.az saytı “Sabah” ilə qarşılaşmadan (3:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb.

Zədəli Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. 

Hazırlıq sabah bir məşqlə davam edəcək. Martın 10-da “Sumqayıt arena”da oyun saat 16:30-da start götürəcək.

Həmin kateqoriyadan