Super Liqa Azərbaycan teleməkanında yayımlana bilər

Türkiyə Super Liqası Azərbaycan teleməkanında yayımlana bilər. Allsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mənbədə qeyd olunur ki, Super Liqa matçlarının başda Azərbaycan olmaqla türkdilli dövlətlər və ərəb ölkələrində yayımlanması planlaşdırılır. Burada məqsəd həm yayımdan qazanc əldə etmək, həm də ölkə çempionatının təbliğatıdır.

Qardaş ölkənin futbol federasiyası və klubları təbliğat prosesinin sonrakı mərhələsində isə həmin yerlərdə mağazalar açılmasını, forma satışını nəzərdə tutub.

Qeyd edək ki, bu məsələlərin yaxın vaxlatda reallaşdırılması gözlənilir.

Həmin kateqoriyadan