“Şuşa-Qarabağ” ev oyunlarını “Əlincə” stadionunda keçirəcək

“Şuşa-Qarabağ”ın yeni mövsümündə çıxış edəcəyi 1-ci divizionunda ev oyunlarını hansı stadionda keçirməsi məsələsi müzakirə edib. Allsport.az xəbər verir ki, bununla əlaqədar klubun müşahidə şurasının iclası olub. Təklif olunan bir neçə futbol meydanıvə idman bazası ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr nəticəsində Masazır qəsəbəsindəki “Əlincə” stadionu texniki tələblərə uyğun görüldüyü üçün müvafiq müqavilənin imzalanması barədə qərar qəbul olunub. Klubun prezidenti Güləli Bağırov 2016-2017-ci il mövsümündə futbolsevərləri “Əlincə” stadionunda görməkdən məmnun olacağını bildirib.

İclasda “Şuşa-Qarabağ” komandasının oyunlarını izləmək üçün stadiona gələcək azarkeşlərə üzvlük kartlarının verilməsi məsələsinə də baxılıb. Bu kartlara malik şəxslər komandanın “Əlincə” stadionunda keçirəcəyi oyunlara pul ödəmədən baxa biləcəklər.

Həmin kateqoriyadan