“Şuşa Qarabağ” və “Zirə”nin üzvü diskvalifikasiya olundu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Turan Tovuz” – “Zirə” matçında “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Neftçala” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Şuşa Qarabağ”ın futbolçusu Qafar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Kəpəz” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Həmin kateqoriyadan