“Şuşa”nı xilas edən tapıldı

“Şuşa” ilə bağlı son həftələr yaşanan qalmaqallara noyabrın 23-də son veriləcək. Allsport saytı sportinfo.az-a istinadən xəbər verir ki, həmin gün bu klubun yaşaması və ya fəaliyyətini dayandırması məlum olacaq.

Birinci divizion komandasını himayəsinə götürən “Qalatasaray”ın Azərbaycan üzrə nümayəndəliyi həftə sonunadək möhlət alıb. Əgər kluba olan borcları ödəməsələr, sənədləri və möhürü təhvil verəcəklər.

“Şuşa” ayın 23-də “Ağsu” ilə səfərdə qarşılaşacaq və axşam saatlarında Bakıda rəhbərliyin toplantısı keçiriləcək. Yeni sponsorlar vəd ediblər ki, PFL-in onları Birinci diviziondan uzaqlaşdırmaması qarşılığında problemləri çözəcəklər.

Həmin kateqoriyadan