“Şüvəlan” da dağıldı

Ötən mövsüm Azərbaycan 1-ci divizionunda çıxış edən “Şüvəlan” fəaliyyətini dayandırıb. Allsport.az saytı xəbər verir ki, klubun iclasında belə qərar qəbul edilib. 

Komandanın bütün futbolçularına azad agent statusu verilib. Qeyd edək ki, “Şüvəlan” 2017-ci ilədək AzAL adlanıb. Qəsəbə təmsilçisi ötən mövsüm 1-ci divizionu 7-ci pillədə bitirib.

Həmin kateqoriyadan