“Synergy Baku” Xorvatiyada mübarizə aparacaq

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada daha bir turnirdə mübarizə aparacaq. Allsport.az xəbər verir ki, velosipedçilərimiz martın 1-də 1.2 kateqoriyalı birgünlük “İzola” Qran-Prisində çıxış edəcəklər. Komandamız yürüşdə 8 nəfərlə təmsil olunacaq ki, bunlardan da 3-ü “Synergy Baku”nun heyətində debüt edəcək.

Söhbət Elgün Əlizadə, Yannis Tamuridis və Dennis van Vindendən gedir. Bu yarış Azərbaycanın gənclər yığmasının üzvü Elgün Əlizadə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, gənc qoşaçarxçımız klub səviyyəsində özünün ilk yarışında iştirak edəcək.

Digər 5 velosipedçiyə gəlincə, bunlar Maksim Averin, Ənvər Asanov, Markus Eybeger, İsmayıl İlyasov və Samir Cəbrayılovdur.

Həmin kateqoriyadan