Stolüstü tennisçilərimizdən 1qələbə, 1məğlubiyyət

Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışlarının birinci günündə – fevralın 6-da maraqlı qarşılaşmalar keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanın turnirdə mübarizə aparan iki idmançısı da oyunlarını keçiriblər.

Qadınlar arasında mübarizənin “A” qrupunda çıxış edən Məryəm İmanova ilk görüşdə Niderland təmsilçisi Li Jie ilə üz-üzə gəlib. Görüşdə rəqib tennisçi 0:3 (4:11, 2:11 və 4:11) hesabı ilə qalib gəlib. Qrupda ikinci oyununu rumıniyalı Solja Petrissa ilə keçirən Məryəm İmanova bu dəfə də uğur qazana bilməyib – 0:3 (4:11, 4:11 və 3:11).

Kişilərin mübarizəsində isə Azərbaycan təmsilçisi Fərhad İsmayılov “D” qrupunda avstriyalı Qardos Robertə 0:3 (4:11, 4:11 və 6:11) hesabı ilə məğlub olub. Fərhad İsmayılovun ingiltərəli Drinhol Paul ilə görüşü isə rəqibin 0:3 (3:11, 5:11 və 6:11) hesablı qələbəsi ilə başa çatıb.

Fevralın 8-dək davam edəcək turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı mübarizə aparır.