Təbriz azarkeşləri erməni futbolçunun “Traxtor-Sazi”yə keçidinin qarşısını alıblar

Ermənistanın millisinin müdafiəçisi Varazdat Aroyanın İran Premyer-liqasında çıxış edən “Traxtor-Sazi” klubuna keçidi baş tutmatıb. Allsport.az saytının xəbərinə görə, Təbriz komandasının icraçı direktoru Mustafa Acorlu özünün “İnstaqram” səhifəsində məlumat yayaraq, düşməm futbolçunun “ağ-qırmızılar”a dəvət etməkdən vaz keçdiklərini bildirib. O deyib ki, Aroyanla müqavilə imzalanacağı barədə xəbər yayılandan dərhal sonra, çılğın “Traxtor-Sazi”tərəfdarları onun “İnstaqram” səhifəsində məsələ ilə bağlı şərh yazaraq öz etirazlarını bildiriblər:

“Mən əziz azərbaycanlıların vəhdəti üçün Təbrizə gəlmişəm. Məqsədim, bütün şərəfli türklərin “Traxtor-Sazi” ətrafında toplaşması və birliyidir. Ermənistanlı futbolçunun “Traxtur”a gəlişi bu vəhdət və birliyə xələl gətirə, onu təhdid edə bilərdi. Məhz buna görə də ermənistanlı futbolçunu satın almaqdan və onu klubumuza dəvət etməkdən vaz keçdik”.

 

Həmin kateqoriyadan