Təbriz komandaları Arazın o tayında Azərbaycan bayrağı yaratdı

İran Pro liqasında çıxış edən Təbriz komandalarının rəngləri Azərbaycanın üçrəngli bayrağını formalaşdırıb. Allsport.az saytı xəbər verir ki, “Traktorsazi” və “Göstəriş” mübarizə apardığı yüksək dəstəyə “Maşınsazi” də gəlib.

“Göstəriş”in rəngi mavi, “Traktor”un qırmızı, “Maşın”ın isə yaşıldır. Bundan başqa, “traktorçular”ın rənginin qırmızı olması, bu komandanın ev oyunlarında Azərbaycan bayrağının təbii şəkildə yaranmasına səbəb olur. Mavi səma və yaşıl meydanın arasında qımızı rəngə bürünmüş tribunanın olması özündə Azərbaycan bayrağının rənglərini ehtiva edir.

Hazırda “Traktorsazi” 48 xalla 4-cü pillədədir. “Göstəriş” 38 xalla 9-cu, digər Güney Azərbaycan təmsilçisi Ənzəli “Malavan”ı 27 xalla 13-cüdür. 18 kollektivin oynadığı Birinci divizionda “Maşın” 37 turdan sonra 63 xalla 2-cidir.

Həmin kateqoriyadan