Təbriz təmsilçisi də məğlub oldu

İran çempionatında 16-cı turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Göstəriş” də növbəti matçına çıxıb.

Təbriz təmsilçisi doğma meydanda “Saypa” ilə qarşılaşıb. Matç cənubi azərbaycanlıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu tur Ənzəlinin “Malavan” klubu da oxşar hesabla uduzmuşdu. Güney Azərbaycanı İran çempionatında təmsil edən ən tanınmış klub – “Traktorsazi” isə ayın 29-da səfərdə “Naft Tehran”la qarşılaşacaq.

Sonda onu da bildirək ki, hazırda “Traktorsazi” 16 klub arasında 22 xalla 8-ci, “Göstəriş” 21 xalla 10-cu, “Malavan” isə 17 xalla 12-cidir.

Həmin kateqoriyadan