“Təhsil” respublika idman mərkəzinin açıq birincliyinin qalibləri

Texniki universitetinin idman sarayında 20 yanvar şəhidlərinin xatirəsinə badminton üzrə 2002-2004-cü il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında (komanda və şəxsi) “Təhsil” respublika idman mərkəzinin açıq birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ümumilikdə 7 komanda olmaqla, 100-ə yaxın iştirakçı çıxış edib.

Oğlanların şəxsi yarışında Aqil Qəbilov 1-ci, Zaur İsazadə 2-ci, Rəvan Niftəliyev isə 3-cü yer tutub. Qızların şəxsi mübarizəsində Nigar Əliyeva 1-ci, Aysu Səfərova və Elnurə Cəfərova isə 2-ci,3-cü yerləri bölüşüblər. Qoşa oğlanların yarışında Aqil Qəbilov – Rəvan Niftəliyev cütü bu kateqoriya üzrə ilk yeri tutub. Vaqif İsmayılov – Zaur İsazadə və Cavanşir Kişiyev – Rəvan Rüstəmov tandemi isə müvafiq olaraq, yarışı ikinci və üçüncü sırada tamamlayıblar.

Qoşa qızların yarışında Nigar Əliyeva – Nərmin Şərifova qalib olub. Xavər Bayramova – Fidan Salmanova ikinci, Gülnur Babayeva – Aysu Səfərova isə üçüncü yeri tutub. Qarışıq – qoşa yarışlarında Aqil Qəbilov – Elnurə Cəfərova turniri ilk sırada bitirib. İkinci, üçüncü yerlərə isə müvafiq olaraq, Rəvan Niftəliyev – Nigar Əliyeva, Zaur İsazadə – Nərmin Şərifova layiq görülüb.

Komanda yarışında ilk iki pilləni 2 nömrəli RİOEUGİM-nin 1-ci və 2-ci komandaları tutub. Gəncə UGİM yarışı 3-cü sırada başa vurub. Şəxsi və komanda yarışlarında 1-3-cü yerləri qazanmış idmançılar müvafiq dərəcəli diplom, kubok və medallarla təltif olunublar.

Həmin kateqoriyadan