Tələbələrin ümumdünya yay universiadasında bayraqdar cüdoçu Murad Fətiyev olacaq

Bu gün İtaliyanın Neapol şəhərində tələbələr arasında 30-cu ümumdünya yay universiadasının açılışı olacaq. Allsport.az saytı xəbər verir ki, mərasim “Napoli” futbol klubunun stadionu olan “San Paolo”da saat 23:00-da baş tutacaq. İdmançılar kəndində Bakı vaxtilə saat 13:00-da Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraqqaldırma olacaq. Tədbirdə su polosu, futbol və suya tullanma yarışlarında mübarizə başlayıb. İdmançılar həmçinin basketbol, voleybol, cüdo, atletika, stolüstü tennis, üzgüçülük, idman gimnastikası, kamandan oxatma, tennis, taekvondo, qılıncoynatma, bədii gimnastika, atıcılıq, reqbi-7 idman növləri üzrə də güclərini sınayacaqlar.

İyulun 14-dək davam edəcək yarışlarda 18 idman növü üzrə 222 dəst medal uğrunda mübarizə gedəcək. İyulun 4-də ilk medalların sahibi müəyyən ediləcək. Həmin gün cüdo, üzgüçülük, suya tullanma, idman gimnastikası, qılıncoynatma və atıcılıq üzrə 15 dəst medal sahibini tapacaq. Ümumiyyətlə, yarışlarda ən çox medal dəsti atletikada qazanılacaq (50 dəst medal). Üzgüçülük üzrə 40, taekvondo üzrə 19 medal dəsti oynanılacaq.

Yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək. Bayraqdar cüdoçu Murad Fətiyev olacaq.

Həmin kateqoriyadan