Tələbənin arzusu “Qarabağ” la gerçəkləşib

Dövlət neft və sənaye universitetinin tələbəsi Yusif Dünyamalıyev “Qarabağ”ın bazasının qonağı olub.

Allsport.az saytı xəbər verir ki, abituriyent olarkən valideynləri ona ali məktəbə daxil olacağı halda, “Qarabağ” və komandanın baş məşqçisi Qurban Qurbanovla görüşməyi söz veriblər. 

Ağdam klubunun bazasına təşrif buyuran tələbə komandanın məşqini izləyib, baş məşqçi Qurban Qurbanovla görüşüb və sonda isə futbolçularla xatirə şəkili çəkdirib. 

Həmin kateqoriyadan