FOTO
Təlim-məşq toplanışı start götürdü

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında, eləcə də 1-ci divizionda keçirilən oyunlarda idarəçilik edən hakimlərin təlim-məşq toplanışına start verilib. Allsport.az xəbər verir ki, “Əlincə” futbol klubunun təlim-məşq bazasında reallaşan hazırlıqda ümumilikdə 34 hakim iştirak edir.

Eyni zamanda, 3 hakim-inspektor – Şahin Cəfərov, Qurban Məmmədov və Vahid Hüseynov hazırlıq mərhələsinə qatılıb. Onlar hakimlərin təyinat aldıqları oyunları təhlil edir, irad və tövsiyyələrini bildirirlər.

Müəllim heyəti: Elçin Məmmədov, Ceyhun Haşımov

Referilər: Anar Niyazov, Fərid Məmmədov, Nail Nağıyev, Vüsal H. Əliyev, Rövşən Rəcəbov, Kərim Kərimov, Namiq Bəkirov, Rauf Allahverdiyev, Elgün Hüseynov, Alik Yunusov, Sərxan İsmayılov, Tağı Məmmədov, Elçin Qasımov, Tahir Əhmədov, Vüqar Həsənli, Yuliya Qurbanova, Sədaqət Vəliyeva.

Köməkçi hakimlər: Elşən Acalov, Elman Kərimov, Elxan Əsgərzadə, Cəmil Quliyev, Kamran Qədirov, Tural Bayramov, İlkin Arzumanov, Ruslan Quliyev, Hüseyn Əsgərov, Eyyub İbrahimov, Ruslan Nəsibov, Səbuhi Əmrahov, Nəsimi Abbasov, Şakir Quliyev, Teymur Teymurov, Səbuhi Soltanov, Rəşadət Cəfərov.

Həmin kateqoriyadan