Təmkin Xəlilzadə “Sabah”la 2-illik anlaşıb

“Sabah” qış fasiləsində növbəti transferini rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə bundan sonra debütantda çıxış edəcək.

25 yaşlı futbolçu ilə 2-illik müqavilə bağlanıb. O, “Sabah”da 17 nömrəli futbol geyimində oynayacaq.

Karyerası ərzində “Qarabağ”, AzAL, “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.

Təmkin əsas millimizdə 10 oyun keçirib, 1 qola imza atıb.

Həmin kateqoriyadan