Təmkinlə Mahirin imza günü

Hələn il mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək Avropa liqasının finalına təbliğat çərçivəsində növbəti imza gününün qonaqları bilinib. Allsport.az saytı xəbər verir ki, dekabrın 26-da saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunacaq.

Dekabrın 27-də, saat 19:00-da isə milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun muzeydə imza günü keçiriləcək. Muzey ziyarətçiləri imza günündə futbolçularımız ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Həmin kateqoriyadan