Tərlan Əhmədov 1 oyun cəzalanıb

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra premyer liqanın 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində “dənizçilər”in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qarabağ” – “Keşlə” matçında  qonaqların baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

“Sabah” – “Neftçi” matçında  “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 56-cı dəqiqəsində “Sabah”ın futbolçusu Novruz Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Həmin kateqoriyadan