- Baxış sayı: 16
- 19 Aprel 2024 19:05
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçir. Allsport.az xəbər verir ki, “Pakuş de Ferreyra”nın düşərgəsində olan gənc mütəxəssis fürsətdən istifadə edərək Primeyra Liqanın 2 matçını stadiondan canlı izləyib.
Əhmədov əvvəlcə “Portu” – “Sportinq” (3:0), daha sonra isə “Belenenseş” – “Pakuş de Ferreyra” (0:1) görüşlərində stadionda olub.
Qeyd edək ki, baş məşqçi bu gün gecə saatlarında vətənə qayıdacaq və sabah komandanı “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.