- Baxış sayı: 2
- 25 Aprel 2024 12:00
- Baxış sayı: 41
- Aprel 23, 2024
- 0
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 11-ci turunda “Neftçi” ilə matçın ikinci hissəsinə akkreditasiya kartı olmadan çıxıb.
Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyundan sonra bunun səbəbini açıqlayıb: “Akkreditasiya kartım ilk hissədən sonra ibadət otağında qalmışdı. Matçın ikinci hissəsində gətirib verdilər”.
Bu mövsümdən etibarən akkreditasiya kartı taxmayan klub rəsmiləri və baş məşqçiləri AFFA intizam komitəsi cərimə edir.