Tərlan Əhmədov: Arxayınçılığın qarşılığını sonda səhvlərlə ödəyib məğlub olduq

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına gəlib: Allsport.az saytı xəbər verir ki, o, “Qəbələ”yə 1:3 (2:1) uduzduqları görüşə belə şərh verib:

“Kubokda kim çox səhv edirsə, o da məğlub olur. Səfərdəki ilk görüşdə 2:1 hesabı ilə qalib gəlmişdik. Cavab oyununda birinci hissədə hesabı açandan sonra komandada arxayınlıq hiss olundu. Bunun da qarşılığını sonda səhvlərlə ödəyib məğlub olduq.

İlk 10 dəqiqəni çıxmaq şərtilə komanda istədiyim oyunu göstərə bilmədi. Artıq kubokla vidalaşdığımıza görə bütün fikrimizi çempionata yönəltməliyik. Çünki, avrokuboklara kubokla getmək yolumuz bağlıdırsa, çempionatda buna şansımız var. Bunun uğrunda da mübarizə aparmalıyıq”.

Həmin kateqoriyadan