Tərlan Əhmədov: Bir neçə gün burada olmamağım işə təsir etdi

Premyer liqasının IX turunda AzAL klubu öz meydanında Bakının eyni adlı komandasına 0:1 hesabı ilə uduzdu. Allsport.az saytı xəbər verir ki, matçdan sonra ev sahibinin baş məşqçisi Tərlan Əhmədov buları deyib:

“Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim. Özüm bunu hiss edirdim. Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim.

Bunun da acısını yaşadım.  Mən özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan