Tərlan Əhmədov: Bir neçə qol vəziyyətindən istifadə edə bilmədik

Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 26-cı turunda “Qarabağ” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, 1:0 qalib gəldikləri görüşdə daha çox fərqlənmək imkanını qeyd edib:

“Çox maraqlı oyuna şahidlik etdik. Fikrimcə, daha qollu görüş ola bilərdi. Amma bir neçə qol vəziyyətindən istifadə edə bilmədik. Şadam ki, qalib gəlib, 3-cü yer uğrunda mübarizəni daha da gərginləşdirdik. Futbolçulara və azarkeşlərə təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan