Tərlan Əhmədov: Çalışdıq, “Kəpəz”ə meydanın özünə aid hissəsində təzyiq göstərək

Premyer liqanın 15-ci turunda evdə “Kəpəz”i məğlub edən (1:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyun sonrası mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis turun yeganə qalibiyyətlə bitən görüşü barədə bunu deyib:

İlk oyun həmişə həyəcanlı olur. Bunu ilk dəqiqələrdən hiss elədim. Ümumilikdə, komandanın oyunundan razı qaldım. Çalışdıq, rəqibə meydanın özünə aid hissəsində təzyiq göstərək. Bu da bizdə alındı.

Komandanın qarşısına qələbə qazanmaq məqsədi qoyulmuşdu ki, buna da nail olduq. Əvvəlki matçlarda buraxılan səhvlər, bu oyunda yox idi ki, bu da məni sevindirir. Futbolçuları təbrik edirəm”.

Həmin kateqoriyadan