Tərlan Əhmədov: “Çatışmazlıqları aradan qaldırmağa çalışmışıq”

Premyer liqanın 7-ci turunda keçirilən “İnter” – “Neftçi” matçından sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov KİV önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis cari mövsümdə ilk qələbə (2:0) ilə bağlı bunu söyləyib:

“Qısa müddət ərzində müdafiədəki səhvləri minimuma endirməyə, çatışmazlıqları aradan qaldırmağa çalışmışıq. Futbolçulara təşəkkür edirəm. Yüksək səviyyədə oynadılar.

Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən təzyiq göstərərək, onların öz oyunlarını oynamalarına imkan verməyək. Bu da bizdə alındı. İki qol vurub, qapımızı toxunulmaz saxlamağımız məni çox sevindirir”.

Həmin kateqoriyadan