Tərlan Əhmədov: Hesab edirəm ki, nəticə ədalətli oldu

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 20-ci turunda “Qarabağ”la oyun sonrası mətbuat konfransında fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 0:0 bitən görüşdən razı qalıb:

“Hər 2 komandanın ifasında gözəl oyun gördük. Bu gözəl qarşılaşmanın bircə qolu çatışmırdı. Hesab edirəm ki, nəticə ədalətli oldu. Komandamız müdafiədə səhvsiz çıxış etdi. Bacardığımız qədər hücum futboluna üstünlük verdik ki, rəqibi təzyiq altında saxlayaq.

Qol epizodları yaratsaq da, bunlardan istifadə edə bilmədik. Son oyunlarda qollu qələbələrimiz olmuşdu, amma bu dəfə matçı qolsuz heç-heçə ilə başa vurduq. Bu da qənaətbəxşdir. Futbolçularımıza və azarkeşlərimizə təşəkkürümüzü bildiririk. Düşünürəm ki, qolsuz bitməyinə baxmayaraq bu oyundan hər birimiz zövq aldıq”.

Həmin kateqoriyadan