- Baxış sayı: 8
- 25 Aprel 2024 21:00
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Bu gün “Keşlə” paytaxt toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Allsport.az saytı xəbər verir ki, “Kapital bank arena” stadionunda “Sumqayıt”la qarşılaşan “qırmızılar” 1:2 məyus olublar. Görüşdən sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov bunu deyib:
“12 gün məşq yükləmələri fonunda yoldaşlıq matçı keçirdik. Bəzi zədəli futbolçularımız vardı. Məğlub olmağımıza baxmayaraq, futbolçuların nümayiş etdirdikləri oyunu qənaətbəxş hesab etmək olar”.