Tərlan Əhmədov: Mövsüm başlayanda, heyət düz qurulmayıb

Premyer liqanın 12-ci turunda evdə “Qəbələ”yə uduzan (2:3) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyun sonrası mətbuat konfransında iştirak etdi. Allsport.az saytı xəbər verir ki, o, ehtiyat heyətin azlığından gileyləndi.

“Maraqlı oyun alındı, amma təəssüf ki, məğlub olduq. Bu da futbolun bir qanunudur. Son iki qarşılaşmada yaxşı oynasaq da, uduzuruq. Bununla belə, futbolçulara gözəl və sürətli oyuna görə təşəkkür düşür. Qarşıda çempionat və kubok oyunları var. Sırf bu matçlara köklənməliyik

Azərbaycanda yerli futbolçu azdır. İkinci hissədə dəyişiklik edəcəyim 2 futbolçu var idi: Mirabdulla və Namiq. Limitdə də elə bir oyunçu yox idi. Demirəm ki, mənim komandam olsaydı, daha yaxşı olardı. Mövsüm başlayanda, heyət düz qurulmayıb. Gərək ehtiyatı da nəzərə alardılar. İdmanda sığortalanmaq əsas şərtdir. ”.

Həmin kateqoriyadan