Tərlan Əhmədov: Nizam-intizamı yaxşı səviyyədə idi

Türkiyədə təlim-məşqdə olan “Keşlə” yerli “Osmanlıspor”la yoxlama matçı keçirib. Allsport.az saytı xəbər verir ki, qolsuz başa çatan oyundan sonra baş məşqçimiz Tərlan Əhmədov açıqlama verib:

“Komandanın sərgilədiyi oyundan razı qaldım. Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, futbolçularımız güclü komandaya qarşı yaxşı oyun sərgilədi, yaxşı mübarizə apardılar.

İlk hissədə, hətta hesabda irəli çıxa bilərdik. Ümumilikdə, futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım”.

Həmin kateqoriyadan