Tərlan Əhmədov: Oyundan-oyuna irəliləyirik

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 19-cu turunda “Keşlə” ilə oyun sonrası mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, 3:2 qalib gəldikləri görüş barədə öz fikrini bildirib:

“Yeganə qarşılaşma idi ki, xal itirsəydik məyus olardım. Gözəl oyunla gözəl qələbə qazandıq. Futbolçuları, azarkeşləri təbrik edirəm.

Oyundan-oyuna, pillə-pillə irəliləyirik. Bilirik ki, yolumuz çox ağırdır. Çalışırıq ki, hər oyuna belə istəkli çıxaq”.

Həmin kateqoriyadan