Tərlan Əhmədov: Qələbəmizlə göstərdik ki, düzgün yoldayıq

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 18-ci turunda “Qəbələ” klubu ilə oyun sonrası mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 2:1 qalib gəldikləri görüş barədə bunu deyib:

“Komandamız bu gün əzmkarlıq göstərib, layiqli qələbə qazandı. İlk gündən demişdim ki, işimizi pillə-pillə görüb, oyunumuzu matçdan-matça təkmilləşdirəcəyik. Bu gün onun bəhrəsini gördük. Qəbələyə gələn, ümumiyyətlə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm.

Çalışdıq ki, müdafiədə az səhv edək. Qol buraxmağımıza baxmayaraq, oyundan razı qaldım. Qələbəmizlə göstərdik ki, düzgün yoldayıq. Qarşıdakı görüşlərə də 3 xal üçün köklənəcəyik”.

 

Həmin kateqoriyadan