Tərlan Əhmədov: “Qırmızı vərəqə bütün planlarımızı pozdu”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk növbədə “Sent-Etyen”lə oyunda “Qarabağ”a uğurlar arzulayıram. “Qarabağ” Avropada yeganə təmsilçimizdir. Ümid edirəm ki, qələbə qazanıb, bizi sevindirərlər. Oyuna gəldikdə, biz 30 dəqiqə futbol gördük. Qırmızı vərəqə bütün planlarımızı pozdu. İstəyirdik hücumları cinahdan quraq. Etiraf edim ki, səhvlərimiz var idi. Qırmızı vərəqə olmasaydı, bəlkə başqa oyun görərdik. Amma yenə futbulçularıma təşəkkür edirəm. Azlıqda qalsaq da, qol vura bildik. “Qarabağ”ı təbrik edirəm”.

Həmin kateqoriyadan