Tərlan Əhmədov: Qol buraxdıqdan sonra daha yaxşı oyun göstərməyə başladıq

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 7-ci turunda təxirə salınmış “Qarabağ”la oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, yeni klubu ilə debüt matçına çıxan mütəxəssis bunu söyləyib:

“Bacardığımız qədər çalışdıq ki, müdafiədə səhvsiz oynayaq və rəqibi əks hücumlarda yaxalayaq. İlk hissədə istədiyimizi ala bilmədik. Qol buraxdıqdan sonra daha yaxşı oyun göstərməyə başladıq. Bu məni sevindirdi.

Komandam mübarizə apardı. İstək və birlik vardı. mağı bacardı. Fasiləyə qədər qarşıda 5 tur var. “Qarabağ”dan 1 xal aldıq. Ədalətli nəticə elə heç-heçə idi. Qalib gəlmək istərdik, amma 1 xal da, 1 xaldır. Bizə motivasiya verir ki, növbəti oyunda daha istəkli və aqresiv olaq.”

Həmin kateqoriyadan