“Təsəlli doyüşlərinə qatılmaq şansı yarananda, bundan maksimum yararlanmağı hədəflədim”

Rio-2016-nın taekvondo yarışında bürünc medal qazanmaqla, bizdən bu idman növündə olimpiya oyunlarında ilk edən Patimat Abakarova (49 kq) sevinc anlarını bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, medal şansının olduğunu gördükdə, bundan maksumum yararlanmağı qarşısına məqsəd qoyub:

“Təsəlli doyüşlərinə qatılmaq şansı yarananda, özümə söz verdim ki, bu imkandan istifadə etməliyəm. Bilirəm ki, çoxları mənim medal qazanacağıma inanmırdı. Lakin mənim inamım var idi. Özümə söz verdim ki, nə olursa olsun, bu döyüşü udmalıyam”.

Həmin kateqoriyadan