Təxti kubokunun ilk günündə 1 qızıl və 1 gümüş medal qazandıq

İran İslam Respublikasının Kirmanşah şəhərində məşhur azərbaycanlı pəhləvan Qulamrza Təxtinin xatirə kuboku uğrunda beynəlxalq turnir start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışda 16 ölkənin güləşçiləri mübarizə aparır.

İlk gündə yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Belə ki, Taleh Məmmədov və Orxan Əhmədov finala qədər bütün rəqiblərindən üstün olub. Finalda bir-birilə qarşılaşan bahadırlarımız gərgin mübarizə aparıb. Hesab 2:2 olsa da, son xalı Taleh Məmmədov aldığından qələbə ona verilib. 

Beləliklə, ilk günün yekunlarına əsasən güləşçilərimizin hesabında 1 qızıl və 1 gümüş medal var. Turnir sabah da davam edəcək.

Həmin kateqoriyadan