“Təyyarəçilər”in hazırlıq planı təsdiqləndi

Qış hazırlığını Bakıda keçirəcək AzAL-ın hazırlıq planı təsdiqlənib. Allsport.az xəbər verir ki, yanvarın 5-dən məşqlərə başlayan paytaxt klubu ilk həftə əsasən fiziki hazırlığın yüksəldilməsi üzərində çalışacaq. Toplanış müddətində 5 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.

“Təyyarəçilər” 10, 15, 17, 19 və 24 yanvar tarixlərində oyun keçirəcək. İlk 2 matç üçün sınaqçı-rəqib axtarışı davam edir. Yanvarın 17-də və 19-da isə “təyyarəçilər” “Sumqayıt” ilə qarşılaşacaq. İlk oyun Sumqayıtda, ikinci matç isə Bakıda baş tutacaq.

AzAL ayın 24-nə planlaşdırılan qarşılaşmanı isə Gürcüstanın paytaxtı Tiflisdə keçirmək niyyətindədir. Qonşu ölkənin komandaları ilə danışıqlar davam edir. İlkin plana əsasən, AzAL 23-də qərbə səfər edəcək, sabahısı meydana çıxacaq. Bu yöndə görülən işlər davam edir.

Həmin kateqoriyadan