Taekvondo federasiyası da ilə yekun vurdu

İdmanın taekvondo növü üzrə ilin yekunları ilə bağlı iclas keçirilib. Allsport.az xəbər verir ki, iclasda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmid Məmmədov çıxış edərək il ərzində qazanılan nailiyyətlərdən danışıblar.

Gənc idmançıların bu il də beynəlxalq yarışlarda əldə etdikləri uğurlar xüsusilə qeyd olunub. İclasda çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk taekvondoçularımızın böyük uğurlar qazanaraq idmanın bu növünün tarixində dərin iz qoyduqlarını vurğulayıb.

Sonda ilin ən yaxşı gənc müəllimləri, eyni zamanda, idmançılardan Fəridə Əzizova, Safiyə Polad, Minayə Əkbərova, Səid Quliyev və Məhəmməd Əlizadə fəxri fərmanlarla təltif olunublar. Həmçinin cari ildə ATF-in hakimlər komitəsinin işində fəal iştirakına və obyektivliyinə görə baş hakim Elşən Quliyev, həmçinin texniki təchizat və təminat məsələlərində yüksək səviyyədə təşkilatçılığa görə Edqar Hənifəyev fəxri fərmanlarla təltif edilib.

Həmin kateqoriyadan