Taekvondo hakimlərinə dərəcələr verilib

Azərbaycan Taekvondo Federasiyasının iş planına uyğun olaraq, hakimlərin hazırlığı məqsədilə keçirilən təlim toplanışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, federasiyanın inzibati binasının idman zalında təşkil edilən təlimdə namizədlərə referilik qaydaları ilə bağlı nəzəri və tərübə dərsləri keçirilib.

Təlimləri müvəffəqiyyətlə başa vuran namizədlərə müvafiq hakimlik dərəcələri verilib. Təlim-toplanışına ATF-in hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev rəhbərlik edib.

Həmin kateqoriyadan