Taekvondo millimiz Avropa çempionatında

27–29 martda Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə taekvondoçular arasında ilk dəfə olaraq “Olimpiya çəki dərəcələrində Avropa çempionatı” keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, kişilərin rəqabətində baş məşqçisi Reza Mehmandoust Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə ölkəmizi Mikayıl Əliyev, Kamil Abdurrazakov (hər ikisi – 58 kq), Ayxan Tağızadə,Sina Bahrami (68 kq), Səid Quliyev (80 kq), Radik İsaev və Əhməd Məhəmmədi (+80) təmsil edəcəklər.

Reytinq xarakterli “G1” kateqoriyalı bu yarışda ilk 3 yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayacaqlar. Yarışda ölkəmizi hakim qismində ATF-in beynəlxalq dərəcəli hakimi Elşad Məmmədov təmsil edəcək.

 

Həmin kateqoriyadan