Taekvondo millimiz dünya çempionatına hazırlaşır

Taekvondo millimiz dünya çempionatı öncəsi təlim-məşqləri davam edir. Rza Mehmandost və Elnur Amanovun rəhbərliyi ilə hər gün 2 dəfə hazırlaşan yığmamız, səfərə 10 nəfərlə yolanacaq.

Məşqçi heyətinin qərarına əsasən yarışda Bəhruz Quluzadə (54 kq), Qaşım Məhəmmədov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq); qadınlarda Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan